www.science.az
28.04.2013 00:00

İ.Hacıyevin AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam

İ.Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı     

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:     

İsmayıl Muxtar oğlu Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan     

Bölməsinin sədri vəzifəsinə təsdiq edilsin.     

Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri      

Naxçıvan şəhəri, 29 aprel 2013-cü il