Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçirilir
29.06.2017 09:48
  • A-
  • A
  • A+

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçirilir

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

Festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan rəqs və musiqi qrupları, ifaçılar, həmçinin ölkəmizin tanınmış musiqi kollektivləri iştirak edirlər.

Festivalın açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək tədbir çərçivəsində Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə konsertlərin keçiriləcəyini bildirib. Qeyd edib ki, festival Şəkinin tarixi, memarlığı, sənətkarlığı və folklorunun geniş şəkildə təbliğinə imkan verəcək.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğ olunmasına daim yüksək diqqət göstərildiyini deyib.

Daha sonra festivalın bədii hissəsi təqdim olunub.

Qeyd edək ki, festival iyulun 1-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: