Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı keçirilib
22.06.2017 14:10
  • A-
  • A
  • A+

“Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində hərb tarixinin tədqiqatçısı Azad Hüseynovun “Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Azərbaycanın hərb tarixinin öyrənilməsində və təbliğində elmi-populyar nəşrlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, nəşrdə qəhrəmanların həyat və döyüş yolunu əks etdirən sənədlər, faktlar əksini tapıb. Bundan əlavə, kitabda Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin bu adı ala bilməmiş azərbaycanlılar haqqında da məlumat yer alıb.

Sonra kitabın müəllifi, tədqiqatçı Azad Hüseynov hərb tariximizin daha dərindən araşdırılmasının əhəmiyyətindən bəhs edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: