Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” mövzusunda konfrans keçiriləcək
22.06.2017 15:51
  • A-
  • A
  • A+

“İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” mövzusunda konfrans keçiriləcək

16-17 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin Kaluqa filialında “İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Rusiyanın Maliyyə Universiteti, Kaluqa vilayətinin Təhsil və Elm nazirliyi və T.G.Şevçenko adına Dnestryanı Dövlət Universitetidir.

Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

- İqtisadiyyatda riyazi üsullar və modellər;

- İdarəetmədə riyazi modelləşdirmə;

- Peşə fəaliyyətində riyazi modelləşdirmənin istifadəsi üçün tələbə hazırlığı;

- İnformasiya və kommunikasiya texnologiyaları – riyazi modelləşdirmə vasitəsi kimi;

- Riyazi təhsilin müasir problemləri. Təhsildə riyazi üsullar.

Daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: