Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Monoqrafiyada Azərbaycanda landşaftların xam neftlə çirklənməyə davamlılığı təhlil edilib
22.06.2017 14:39
  • A-
  • A
  • A+

Monoqrafiyada Azərbaycanda landşaftların xam neftlə çirklənməyə davamlılığı təhlil edilib

AMEA-nın Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Samirə Nəcəfova və laboratoriyanın baş elmi işçisi, professor Nəriman İsmayılovun həmmüəllifi olduğu "Azərbaycanda ixrac neft boruları boyu yerləşən landşaftların xam neftlə çirklənməyə davamlılığı" monoqrafiyası Rusiyada çapdan çıxıb.

Monoqrafiyanın rəyçiləri - akademik Məhərrəm Babayev və professor A.Gərayzadədir.

Nəşrdə ilk dəfə olaraq Azərbaycanın ixrac neft boruları boyu təbii landşaftlarının xam neftlə çirklənməyə davamlılığının problemi bütün kompleks biogen və abiogen amillər nəzərə alınmaqla təhlil edilib. Ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı mövcud komponentlər arasındakı qarşılıqlı əlaqə və asılılıq prinsipləri əsas götürülüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: