www.science.az
22.06.2017 10:40

İtaliyalı alimlər AMEA-da işgüzar səfərdə olublar

İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Makromolekulyar Tədqiqatlar İnstitutunun əməkdaşları - professor Henrietta Molinari, Laura Ragona və Milan Universitetinin professoru Angelo Sironi 13-19 iyun 2017-ci il tarixlərində AMEA-nın Biofizika İnstitutuŞəki Regional Elmi Mərkəzində işgüzar səfərdə olublar.

İyunun 16-da italiyalı alimlərin iştirakı ilə Biofizika İnstitutunda seminar keçirilib. Tədbirdə AMEA-nın Fizika, Radiasiya Problemləri, Molekulyar Biologiya və BiotexnologiyalarGenetik Ehtiyatlar institutlarının əməkdaşları iştirak ediblər.

İclası Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq italiyadan olan mütəxəssislər və onların tədqiqat istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Seminarda L.Ragonanın “Nüvə Maqnit Rezonansı vasitəsilə zülal oliqomerizasiyasının izlənməsi” mövzusunda məruzəsi dinlənilib. O, çıxışında AMEA-nın Biofizika İnstitutu ilə birgə görülən işlərdən də bəhs edib.

17-19 iyun tarixlərində isə italiyalı alimlər Şəki Regional Elmi Mərkəzində olub və birgə əməkdaşlıq barədə danışıqlar aparıblar. Bundan başqa, onlar Şəki İpək Kombinatında ipək istehsalı ilə də tanış olublar.

Daha sonra qonaqlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda innovativ texnologiyalar əsasında barama və ipəkçillik məhsulları istehsalının həyata keçirilməsində insan resurslarından istifadənin zəruriliyinin nəzərə alınması olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.