Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Din tarimiximizdə xüsusi yeri olan dastan
22.06.2017 09:15
  • A-
  • A
  • A+

Din tarimiximizdə xüsusi yeri olan dastan

XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb.

Dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış  dörd raşidi xəlifədən biri Hz. Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımızın öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

Əsəri fil.ü.f.d. Aybəniz Rəhimova transfonoliterasiya edib, ona müqəddimə yazıb və nəşrə hazırlayıb. 

Nəşrin elmi redaktoru fil.ü.f.d. Əli Məmmədbağır oğlu, redaktorları Arif Ramazanov və Kərimulla Məmmədzadədir.

Qeyd edək ki, mətnin bir hissəsi mərhum alimimiz, Əməkdar elm xadimi,  fil.ü.e.d. Şamil Cəmşidov tərəfindən transfonoliterasiya edilmişdir. Dastanın Bakı əlyazma nüsxəsi ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: