Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çapdan çıxıb
21.06.2017 15:14
  • A-
  • A
  • A+

“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çap olunub.

Jurnalın bu nömrəsində dil tarixi və dialektologiya, Azərbaycan dili və terminologiya, nəzəri dilçiliyə və türk dillərinə aid məqalələr dərc edilib.

Jurnalın baş redaktoru institutun direktoru, akademik Möhsün Nağısoylu, buraxılışa məsul şəxs isə Dilçilik İnstitutunun elmi işçisi Vəfa İbişovadır.

“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi dilçilik elminin inkişafına dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: