www.science.az
20.06.2017 16:58

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə beynəlxalq konfrans keçiriləcək

İyunun 23-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar “Nəsimi-600” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq konfransda dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni və əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsi araşdırılacaq, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs olunacaq.

Tədbirin təşkilatçısı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.

Ünvan:­ Bakı ş., H.Cavid pr.129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.