www.science.az
20.06.2017 16:40

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı mikrobiologiya və biotexnologiyalar sahəsində aparılan tədqiqatlara həsr olunub

20 iyun 2017-ci il tarixində saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda mikrobiologiya və biotexnologiyalar sahəsində tədqiqatların meydana gəlməsi, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovadır

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.