www.science.az
03.03.2014 00:00

AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsi bərpa edildi

Elmi-texniki tərəqqi sayəsində yeni terminlərin meydana çıxması ilə əlaqədar olaraq terminoloji sistemlərin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi terminologiyanın inkişafının düzgün istiqamətləndirilməsi, Azərbaycan dilinin tələblərinə uyğunlaşdırılması və sistemə salınması üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunda əvvəllər fəaliyyət göstərmiş Terminologiya şöbəsinin yenidən bərpa edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Humanitar və İctimai Elmlər Bölməsi vəsatət qaldırmışdır.

Bunları nəzərə alan AMEA Rəyasət Heyəti AMEA Nəsimi adına Dilçilik İnstitutunun strukturunda Terminologiya şöbəsinin yaradılmasına dair qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.