Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İtaliyalı mütəxəssis Əlyazmalar İnstitutunun qonağı olub
19.06.2017 13:36
  • A-
  • A
  • A+

İtaliyalı mütəxəssis Əlyazmalar İnstitutunun qonağı olub

İtaliyanın Milan şəhərinin Pinokateka Brera Qalereyasının konservasiya bölməsinin rəhbəri Andrea Karini AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun elmi katibi, fil.ü.f.d Əzizağa Nəcəfov və Elmi ekspozisiya və tədqiqat şöbəsinin kiçik elmi işçisi Leyla Cəlilova ilə görüşdə qonaqlara müəssisənin tarixi, tədqiqat istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Daha sonra qonaqlar institutda qorunan əlyazmalar və Bərpa və gigiyena şöbəsinin işi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: