www.science.az
16.06.2017 09:05

Riyaziyyat və Mexanika İnstitutunda Lütfi Zadənin Fuzzy çoxluqları barədə nəzəriyyəsindən bəhs olunub

Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov ümuminstitut seminarında “L.Zadənin Fuzzy çoxluqları haqqında” mövzusunda məruzə ilə çıxış edib.

B.Bilalov məruzəsində 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüş Fuzzy çoxluqları barədə məlumat verib. Sonra alim tərəfindən əmsallar fəzası xətti intionistik Fuzzy metrik fəza hallarına köçürülüb və əvvəlki nəticələrin bu halda da doğru olduğu göstərilib.

Bundan əlavə, məruzədə Fuzzy çoxluqları üzərində əməllər təyin olunub və onlar klassik əməllərlə müqayisə edilib. Həmçinin qeyri-səlis Fuzzy dilinin ehtimal dili olmadığı göstərilib, Fuzzy nəzəriyyəsinin inkişafı və tətbiqləri haqqında geniş məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.