www.science.az
13.06.2017 16:18

İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirilib

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə test üsulu ilə doktorluq imtahanı keçirilib. İmtahanda  3 nəfər – institutun dissertantları İsmayıl Sadıqov, Maqsud Həsənzadə və Sumqayıt Dövlət Universitetinin doktorantı Gülnarə Abbasova iştirak edib.

Qeyd edək ki, AMEA prezidentinin 12 may 2017-ci il tarixli 270 saylı “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda  komissiya yaradılıb.

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və institutun elmi katibi Mədinə Səidovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.