Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Qusarda dinlənilib
13.06.2017 09:22
  • A-
  • A
  • A+

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Qusarda dinlənilib

İyunun 12-də Qusarda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr dinlənilib.

Mühazirələrdə Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu və AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”, “İlham Əliyevin siyasi fəaliyyətində dil, mədəniyyət və tarix məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

E.Mədətli son illərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edib. Mühazirəçi bildirib ki, respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb.

Dinləyicilərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, aparılan abadlıq-quruculuq işlərindən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda stabillik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun uğurla davam etdirilməsi ölkəmizin dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub.

İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunub, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: