Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Keyrəki palçıq vulkanı püskürüb
12.06.2017 16:16
  • A-
  • A
  • A+

Keyrəki palçıq vulkanı püskürüb

İyunun 12-də yerli vaxtla saat 04:07-də Qobudan 8 km şimal-şərqdə Keyrəki vulkanında püskürmə qeydə alınıb. Püskürmənin davametmə müddəti 6 dəqiqə olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığımız məumata görə, Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 kilometr şimalda yerləşir. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir. Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: