www.science.az
12.06.2017 15:56

Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunan elmi-praktik konfrans keçiriləcək

İyunun 13-də saat 11:00-da AMEA-nın Rəyasət Heyətində Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktik seminar keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

Seminarda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaq.

Tədbirin keçirilməsində məqsəd torpaq idarəçiliyində kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, torpaq ehtiyatlarının mənimsənilməsində coğrafi informasiya məlumatlarının rolu, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması məsələlərində ən son elmi nailiyyətlərin tətbiqi və bu sahədə əməli təkliflərin hazırlanmasıdır.

Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə AMEA arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barədə memorandumun imzalanması da nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.