www.science.az
05.06.2013 00:00

C.Ə. Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:  

Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əlirza oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin.  

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 3 iyun 2013-cü il.