Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq tədbirdə “Ağ Naftalan yağı”na əla keyfiyyət diplomu verilib
12.06.2017 09:28
  • A-
  • A
  • A+

Beynəlxalq tədbirdə “Ağ Naftalan yağı”na əla keyfiyyət diplomu verilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov və elmi müəssisənin baş texnoloqu, k.ü.f.d. İsmayıl İsmayılov 5-8 iyun tarixlərində Moskvada keçirilən Beynəlxalq Tibbi Hidrologiya və Klimatologiya Cəmiyyətinin 42-ci Ümumdünya Konqresində iştirak ediblər.

Akademik V.Abbasov tədbirdə “Terapevtik naftalan yağı və onun əsasında preparatlar” mövzusunda məruzə ilə çıxış edib.

Konqres çərçivəsində beynəlxalq sərgi də təşkil olunub.

Sərgidə AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə NKPİ-nin birgə istehsalı olan “Ağ Naftalan yağı” və onun əsasında yaradılmış yeni preparatları təqdim edib. “Ağ Naftalan yağı” Beynəlxalq Tibbi Hidrologiya və Klimatologiya Cəmiyyəti tərəfindən qiymətləndirilib və cəmiyyətin sədri, professor Pedro Cantistanın imzası ilə əla keyfiyyət diplomu verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: