Türkiyənin Ege Universitetinin professoru Ali Yavuz Akpınar və professor İbrahim Yıldırım AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.
Görüşdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şair və dramaturq Hüseyn Cavidin zəngin həyat və yaradıcılığından bəhs edib, ədibin əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq idi.
Professor İbrahim Yıldırım böyük şair və dramaturq Hüseyn Cavidin həyatının İstanbul dövrü ilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan materialları, professor Ali Yavuz Akpınar dahi sənətkarın İstanbulda çap olunmuş ilk şeirinə yazılmış rəyi muzeyə təqdim etmək niyyətində olduqlarını diqqətə çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.