www.science.az
28.02.2014 00:00

Regionlarda elmin kütləvi təbliğinə başlanılır

Martın 1-də saat 12:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirəcək.

Elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədi ilə təşkil olunacaq tədbirdə gənc alimlər fizika və kimyaya dair əyləncəli təqdimatlar nümayiş etdirəcəklər.

Görüşün hazırlıq prosesi çərçivəsində təcrübələr AMEA Fizika və Kataliz və Qeyri-üzvi Kimya institutlarında Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi ilə Gənc alim və mütəxəssislər şurası tərəfindən baxışdan keçirilib.

Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.