www.science.az
09.06.2017 09:01

“Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabının təqdimatı olub

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabının təqdimatı olub.

Kitabın müəllifi institutun direktoru, akademik Ramiz Məmmədov landşaft planlaşdırılmasının mahiyyəti və tətbiqi haqqında məlumat verib. Bildirilib ki, kitabda landşaft planlaşdırılmasının mahiyyəti açıqlanır, onun torpağı sağlam saxlamaq, fiziki və bioloji mühitini mühafizə etmək məqsədilə istifadəsi üçün tövsiyələrin hazırlanmasına sistemli yanaşmanın vacib olduğu göstərilir. Kitabda landşaft planlaşdırılmasının məqsədləri və metodları verilir, qarşıya qoyulan konkret vəzifələr müəyyənləşdirilir.

Altı bölmədən, 290 səhifədən ibarət kitab ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.