www.science.az
08.06.2017 16:05

“Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb. Yeni nəşr BDU-nun 100 illik yubileyinə həsr olunub.

Kitabda müsəlman Şərqinin ilk dünyəvi ali təhsil ocağı olan BDU-nun keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır. Nəşrdə universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, inkişaf istiqamətləri şərh olunur. Bununla yanaşı, universitetin müasir göstəriciləri, ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları, bu təhsil ocağının görkəmli elm xadimləri və tanınmış məzunları haqqında ətraflı məlumat verilir.

Kitab müxtəlif sahədə çalışanlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.