Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Renessans və Nizami Gəncəvi” adlı kitab rus dilində işıq üzü görüb
07.06.2017 12:12
  • A-
  • A
  • A+

“Renessans və Nizami Gəncəvi” adlı kitab rus dilində işıq üzü görüb

AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin “Renessans və Nizami Gəncəvi” adlı yeni kitabı rus dilində çapdan çıxıb.

Yeni nəşrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin təhlili verilir, Yaxın və Orta Şərq kontekstində Nizami Poeziyası Renessans ideyalarının inkişafı və təşəkkülünə nəzər salınır.

 “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” proqramına uyğun olaraq MDB-nin iştirakçısı olan ölkələrin elm və mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində “Renessans və Nizami Gəncəvi” kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: