Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Respublikanın Cənub və Cənub-Şərq hissəsində aparılan elmi-tədqiqat işləri bu il yekunlaşacaq
28.02.2014 00:00
  • A-
  • A
  • A+

Respublikanın Cənub və Cənub-Şərq hissəsində aparılan elmi-tədqiqat işləri bu il yekunlaşacaq

AMEA Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun“Eroziyaya uğramış torpaqların monitorinqi və mühafizəsi” şöbəsinin 2012-ci ildən apardığı elm-tədqiqat işi bu il yeklunlaşacaq. Tədqiqat işinin mövzusu “Lənkəran vilayətinin Cənub və Cənub-Şərq hissəsində eroziya prosesinin öyrənilməsi, monitorinqi və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır”.

Mövzunun elmi rəhbəri, şöbə müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Fərhad Sadıqovun sözlərinə görə, mövzu ətrafında iki iş aparılır. Birinci iş “Lənkəran rayonu ərazisində eroziya prosesinin öyrənilməsi, monitorinqi və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması”dır. Bu istiqamətdə Lənkəran çayının sağ su toplayan hissəsində müvafiq ərazi seçilib və iş proqramına uyğun olaraq tədqiqat işləri aparılır. Məsul icraçı şəxs aqrar elmləri üzrə fəlsəfə doktoru Knyaz Əfkərovdur.

İkinci iş isə “Astarada suvarılan torpaqlarda irriqasiya eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması və münbitliyin bərpası”dır. Bu işin məsul icraçısı aqrar elmləri üzrə fəlsəfə doktoru Tamam Babayevadır. Tədqiqat işinin yerinə yetirilməsində məqsəd ölkənin dağ suvarma əkinçiliyinin zonalarında vüsət almış irriqasiya eroziyasının səbəblərini öyrənib və onun qarşısını almaqdır.

Qeyd edək ki, hesabat dövrü ərzində tədqiqat mövzusunu əks etdirən 3 elmi məqalə dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: