Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
06.06.2017 16:47
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Cari ilin oktyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Konfransda görkəmli söz ustadı, ictimai xadim M.P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti ilə bağlı yeni tədqiqat işləri təqdim olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: