www.science.az
06.06.2017 14:56

Akademik Vaqif Fərzəliyev Belarusda keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev 30 may - 1 iyun 2017-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdə olub.

Akademik V.Fərzəliyev səfər çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Alternativ xammal və yanacaq mənbələri” mövzusunda VI beynəlxalq elmi-texniki konfransda iştirak edib. Beynəlxalq tədbirdə o, “İşlənmiş sürtkü yağlarının regenerasiyası” adlı məruzə ilə çıxış edib.

Akademik, həmçinin mayın  31-də plenar və şifahi məruzələrin dinlənildiyi iclaslara sədrlik edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.