www.science.az
06.06.2017 10:02

Genetik Ehtiyatlar İnstitutunda FAO-nun eksperti ilə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Genetik Ehtiyatları və Toxumçuluq, Bitki Məhsulları və Mühafizəsi Bölməsinin mütəxəssisi Vilson Huqo ilə görüşüb.

Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

FAO-nun eksperti Genetik Ehtiyatlar İnstitutunun fəaliyyət istiqamətləri və Milli Genbankda toxumların saxlanma texnologiyası barədə məlumatlarla tanış olub.

Qeyd edək ki, qonaq ölkəmizə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” texniki yardım layihəsi çərçivəsində səfər etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.