Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı çapdan çıxıb
05.06.2017 17:12
  • A-
  • A
  • A+

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı çapdan çıxıb

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" çərçivəsində çap olunub.

“Əcəmi” nəşriyyatında dərc edilən kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanıb, onların mənası dəqiqləşdirilib, işlənmə məqamları aydınlaşdırılıb. Toplanan bu sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını və məişətini özündə əks etdirir.

Bundan əlavə, nəşrdə bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrindəki və türk dünyası dialekt və şivələrindəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: