www.science.az
27.02.2014 00:00

AMEA Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

Öncə institut əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, texnika üzrə elmlər doktoru Hikmət İbrahimov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl işlər məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. O, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyünü, xarici dillərdə kitab və sənədlərin dərc olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən institutun Gənc alim və mütəxəssislər şurasının üzvləri - Rəna ƏsədovaFəxriyyə Abdullayeva və Asəf Babazadə bu faciənin XX əsrin ən dəhşətli və qəddar hadisələrindən biri olduğunu bildiriblər.

Sonda Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.