www.science.az
02.06.2017 14:17

Türkiyəli mütəxəssislər AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda tədqiqat aparıblar

Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi Nazilli Pambıqçılıq Tədqiqat İnstitutunun üç eksperti may ayında 5 gün ərzində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda tədqiqat aparıblar. Məqsəd iki müəssisə arasında qarşılıqlı elmi əlaqələrin qurulması və bu əməkdaşlıq çərçivəsində pambıq sortlarının mübadiləsini həyata keçirmək olub.

Türkiyəli mütəxəssislər onlar tərəfindən yaradılmış pambıq sortları toxumlarını Genetik Ehtiyatlar İnstitutunun dayaq məntəqələrinin sahələrində əkiblər. Həmçinin institut tərəfindən yaradılmış pambıq sortlarının Türkiyə şəraitində öyrənilməsi məqsədilə hər bir sorta aid toxum türkiyəli qonaqlara təqdim edilib.

Səfər müddətində Nazilli Pambıqçılıq Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən “Pambıq sortları və effektiv becərilmə texnologiyaları” mövzusunda təlim kursu keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.