www.science.az
31.05.2017 17:22

Azərbaycan alimi ABŞ-ın nüfuzlu elmi jurnallarının redaksiya heyətlərinin üzvü seçilib

Neft və Qaz İnstitutunun Neft-qaz sahələrinin iqtisadiyyatı və proqnozlaşdırılması şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Arif Quliyev ABŞ-ın nüfuzlu “Universal geofizika” (Universal Journal of Geoscience) jurnalına rəyçi təyin olunub.

Alim, həmçinin ABŞ-ın “Yer elmləri”, “Neft, qaz və kömür mühəndisliyi üzrə beynəlxalq jurnal" və “Enerji mühəndisliyi üzrə elmi jurnal"larının redaksiya heyətlərinin üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.