Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2017 15:47
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Qazaxıstanda “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumunda iştirak ediblər

Azərbaycanlı alimlər Qazaxıstanda “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumunda iştirak  ediblər

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türk Tarix Qurumu və TİKA-nın dəstəyi ilə “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumu keçirilib.

Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunan forumda türkdilli dövlətlər arasında elmi inteqrasiya, türk ədəbiyyatı və dillərinin tədqiqi, tarix, arxeologiya, etnoqrafiya və digər sahələrdə müasir tendensiyaların və inkişaf meyllərinin öyrənilməsi müzakirə olunub.

Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etmək idi.

Dünya­nın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA Folklor İnstitu­tunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Respubli­kası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkə­zinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Hacıyeva təmsil edib.

Açılış iclasından sonra 6 bölmədə davam edən forumda akademik M.İmanovun “Mifoloji düşüncədə üçtərəfli qarşılaşdırma və bədii ədəbiy­yatda obrazın ikiləşməsi problemi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin A.Usubəliyev “Türkdilli dövlətlərin mədəni siyasətində dəyərlərin üstünlüyü” və A.Şükürov “Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzələrini təqdim ediblər.

Bölmə iclaslarının sonunda edilən məruzələrlə bağlı geniş müzakirələr aparılıb.

Forumun sonunda bəzi sahələr üzrə ortaq daimi komitələrin yaradılması və birgə layihələr həyata keçirilməsi barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: