Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər AMEA-nın Dendrologiya İnstitutu ilə tanış olublar
30.05.2017 11:09
  • A-
  • A
  • A+

Məktəblilər AMEA-nın Dendrologiya İnstitutu ilə tanış olublar

AMEA tərəfindən 189-190 nömrəli orta məktəbin 8-ci sinif şagirdlərinin Dendrologiya İnstitutuna ekskursiyası təşkil edilib. Məqsəd şagirdləri dendroparkın tarixi, orada olan müxtəlif bitki növləri, eləcə də son illər institutun elmi nəticələri ilə bağlı məlumatlandırmaq idi.

Ekskursiya Bakı şəhəri üzrə Təhsil idarəsinin keçirdiyi “Təhsili dəyərə çevirək” devizi altında, “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində təşkil edilib. 

Məktəbin biologiya müəllimi Adil Cəfərovun və 8 k sinifinin rəhbəri Nəzakət Xəlilovanın başçılıq etdiyi ekskursiya qrupuna məlumat verilib ki, Mərdəkan qəsəbəsində yerləşən bu ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “kotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. 

Məlumat verilib ki, Dendrologiya İnstitutunun bağının ümumi sahəsi 12 hektardır və ərazidə 1700 növdən çox bitki mühafizə olunur. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

Məktəblilər gəzintidən xoş təəssüratla ayrılıblar. 

Şagirdlərə bələdçilik edən institutun əməkdaşı onları maraqlandıran sualları ətraflı cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: