Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şamaxının Dəmirçi kəndində son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkarlanıb
30.05.2017 10:15
  • A-
  • A
  • A+

Şamaxının Dəmirçi kəndində son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkarlanıb

Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir. 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən ərazidə aparılan tədqiqatlar zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar 28 qəbir açıb, onlardan 18-i təmizlənərək öyrənilib. Daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələri tapılıb. 

Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.

Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatların daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: