www.science.az
26.05.2017 16:11

Məktəblilərin Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyası təşkil olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Muzeylər və İslam həmrəyliyi” proqramı çərçivəsində orta məktəb şagirdlərinin muzeyə ekskursiyası təşkil olunub.

Gün ərzində Nəsimi rayonu 14, Binəqədi rayonu 300, Yasamal rayonu 42 və 225 saylı orta məktəblərin müəllimləri və şagirdləri Azərbaycanın görkəmli dramaturqu, milli romantizmin banisi Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər. Ekskursiya boyunca ziyarətçilərə Hüseyn Cavidin həyat və yaradıcılığı, Turan Cavid və Ərtoğrol Cavidin milli mədəni irsimizin tədqiqi və təbliği sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda 14 saylı orta məktəbin şagirdləri Hüseyn Cavidin “İblis” dramından parçalar səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.