www.science.az
26.05.2017 15:03

“Mücadilə” sənədli filminin birinci hissəsi nümayiş etdirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Mücadilə” adlı iki hissəli sənədli filmin birinci hissəsi - “İstiqlalın beşiyi” filmi nümayiş etdirilib.

Bu münasibətlə keçirilən tədbirdə filmin elmi məsləhətçisi, tarix elmləri doktoru Elmira Muradəliyeva sənədli filmin müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından bəhs etdiyini diqqətə çatdırıb.

AXC-nin fəaliyyətindən bəhs edən alim bildirib ki, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun tariximizdə çox əhəmiyyətli rolu olub.

Sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğludur.

Sonra film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.