Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2017 16:59
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutu ilə Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universiteti arasında memorandum imzalanıb

Neft və Qaz İnstitutu ilə Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universiteti arasında memorandum imzalanıb

Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin Dağ-neft fakültəsinin dekanı, g.m.e.d., professor Sergey Qalkin AMEA-nın Neft və Qaz İnstitutunda olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İbrahim Quliyevlə görüşdə qonağa elmi müəssisənin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Sonra Sergey Qalkin çıxış edərək təmsil etdiyi universitetin neft və qaz yataqlarının axtarışı, neft çıxarmanın artırılması üsulları, kernlərin geoloji, quyuların hidrodinamiki tədqiqi və digər sahələrdə elmi araşdırmalar apardığını bildirib.

Sonda iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində birgə elmi-tədqiqat işlərinin aparılması, konfrans və simpoziumların təşkili, beynəlxalq elmi tədbirlər və layihələrdə, o cümlədən qrantlarda iştirak nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: