www.science.az
25.05.2017 10:04

Fransalı riyaziyyatçıya nüfuzlu Abel mükafatı təqdim edilib

Bu il “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına fransalı alim İv Meyer layiq görülüb.

Mükafat alimə mayın 23-də Oslo şəhərində keçirilən təqdimetmə mərasimində Norveç kralı V Harald tərəfindən təqdim olunub.

Qeyd edək ki, mükafat 77 yaşlı alimə veyvletlərin riyazi nəzəriyyəsinin inkişafındakı müstəsna xidmətlərinə görə verilib. Bu nəzəriyyə harmonik analiz, verilənlərin sıxılması, küyün yatırılması, tibbi vizuallaşma, arxivləşdirmə və digər sahələrdə tətbiqi əhəmiyyətə malikdir.

Mükafatın pul ekvivalenti 715 min dollar təşkil edir.

Abel mükafatı 2003-cü ildən başlayaraq hər il müasir riyaziyyat elmi sahəsində fundamental nəticələr əldə etmiş görkəmli alimlərə verilir.

Tass.ru