Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2017 09:05
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib

Moskva Dövlət Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib

Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Andrey Fursikov AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Navie-Stoks sistemi üçün bir optimal idarəetmə məsələsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə üç ölçülü evolusyon Navie-Stoks tənliyi üçün məhdud Ω oblastının xaricində sərhəd idarə məsələsinə həsr olunub. Eyni zamanda, optimal həllin varlığı isbat edilib və optimal tənliklər sisteminin güclü forması tapılıb. Bu nəticələr Navie-Stoks tənliyi üçün sərhəd məsələlərinin həlli məqsədi ilə xüsusi olaraq qurulmuş nəzəriyyəyə əsaslanır.

Bundan əlavə, optimal sistemin çıxarılışı, həmçinin uzlaşma şərtini ödəməyən requlyar ilkin verilənli qoşma Oseen tənliyi üçün requlyarlıq nəticələrinə əsaslanır. Bu məsələ də professor Andrey Fursikov tərəfindən M.Qunzburqer və S.Hou ilə birlikdə həll olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: