www.science.az
24.05.2017 09:38

Hüseyn Cavidin Ev Muzeyində məktəblilər üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Avropa Azərbaycan Məktəbinin 8-ci sinif şagirdləri üçün açıq dərs keçirilib.

Elmlə təhsilin inteqrasiyası çərçivəsində gerçəkləşən dərsdə məktəblilərə dahi dramaturqun həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra şagirdlər ədibin şeirlərindən parçalar səsləndiriblər.

Sonda Hüseyn Cavid haqqında film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.