Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb
23.05.2017 16:59
  • A-
  • A
  • A+

Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Kəmalə Abbasovanın fars dilindən tərcümə etdiyi Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb.

Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan kitabda XVIII əsrin məşhur təbiblərindən olmuş Hacı Süleyman Qacar İrəvaninin təbii bitkilər və sadə vasitələrlə müalicə üsullarından danışılır. Nəşr dörd hissədən ibarətdir. Əsərdə əczaçılıqda istifadə olunan vasitələrin forma və xüsusiyyətləri haqqında dolğun məlumat verilir.

Kitabın elmi redaktoru Azərbaycanın Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru Fərid Ələkbərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: