AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib.
Tədbirdə Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək biomüxtəlifliyin mövcud vəziyyətindən, ölkədə bu istiqamətdə qəbul olunan müxtəlif qanun və sərəncamlardan, rəhbərlik etdiyi qurumun apardığı tədqiqatlardan danışıb.
Konfransda Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyevin “Naxçıvan Muxtar Respublikasının meyvə və giləmeyvə bitkilərinin biomüxtəlifliyinin ərzaq təhlükəsizliyinin təminatında rolu”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyevin “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması”, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, b.ü.f.d., dosent Hilal Qasımovun “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyində yabanı tərəvəz bitkilərinin rolu” mövzusunda məruzələri dinlənilib.
Daha sonra Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, professor Əliyar İbrahimov, b.ü.e.d., dosent, İsmayıl Məmmədov, b.ü.f.d., dosent Ənvər İbrahimov, Zooloji tədqiqatlar şöbəsinin müdiri, b.ü.f.d., dosent Akif Bayramov və Torpaq ehtiyatları laboratoriyasının müdiri Sahib Hacıyev mövzu ətrafında çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.