www.science.az
23.05.2017 10:16

Litvalı alimlər insan emosiyalarına nəzarət edən proqram hazırlayıblar

Litvalı proqramçılar insan emosiyalarına nəzarət edən unikal proqram hazırlayıblar. “Özünə yardım” adlı proqram artıq may ayında bütün smartfon sahiblərinin sərəncamına verilib.

riafan.ru saytı xəbər verir ki, beş bölmədən ibarət proqram praktiki opsiyalara malikdir. İstifadəçi onların köməyi ilə sakitləşib emosiyalarına nəzarət etmək imkanı əldə edir. Üstəlik, insanın psixoloji-emosional durumuna nəzarət edən ayrıca imkan da nəzərdə tutulub. Bundan əlavə, istifadəçinin yerləşdiyi məkanın yaxınlığındakı psixoloji yardım mərkəzlərinin ünvanları təqdim edilib.

Alimlər hazırladıqları proqramdan çox razı qalıblar. Onu psixoloqlar da bəyənirlər. Onlar bu proqramın səmərəli olacağına böyük ümidlər bəsləyrlər.