Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Web of Science platformasında AMEA-nın profili yaradılıb
22.05.2017 13:57
  • A-
  • A
  • A+

Web of Science platformasında AMEA-nın profili yaradılıb

Web of Science platformasında Azərbaycan Milli Elmlər Akademiyası üçün xüsusi profilin yaradilması prosesinin birinci mərhələsi uğurla başa çatıb.

Sözügedən platformanın əsas axtarış səhifəsində təşkilatlarla bağlı axtarış sətrində Azerbaijan National Academy of Sciences (ANAS) yazmaqla AMEA-nın profilinə keçid almaq olar.

Növbəti mərhələdə isə AMEA-nın elmi müəssisələrinin profilləri yaradılacaq.

Web of Science plaformasında profilin qeydiyyatı tam başa çatdıqdan sonra İnCites platformasına məlumatların ötürülməsi prosesi başlayacaq və bu proses cari ilin sonunda başa çatacaq.

AMEA-nın vahid profilinin olması alimlərin elmi əsərlərinin, bu əsərlərə istinadların, bütövlükdə AMEA-nın elmi göstəriciləri haqqında məlumatların əlçatanlığını təmin edir, alimlərin elmi əsərlərinin dərc olunduğu jurnalların, nəşriyyatların, yerli və xarici təşkilatlarla, müxtəlif elm sahələri üzrə xarici  ölkə alimləri ilə əməkdaşlıq imkanlarını  izləməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: