www.science.az
06.06.2017 10:20

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı seysmologiya sahəsində tədqiqatlara həsr olunub

6 iyun 2017-ci il tarixində saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda seysmologiya sahəsində tədqiqatların meydana gəlməsi, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.