Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sintetik sürtkü yağları (struktur və xassə)” adlı monoqrafiya çap edilib
18.05.2017 14:25
  • A-
  • A
  • A+

“Sintetik sürtkü yağları (struktur və xassə)” adlı monoqrafiya çap edilib

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - akademik Məhərrəm Məmmədyarov, kimya elmləri doktorları Fatma Əliyeva və Hüseyn Qurbanovun həmmüəllifi olduqları “Sintetik sürtkü yağları (struktur və xassə)” adlı monoqrafiya Rusiyada çapdan çıxıb.

Moskvanın “Nauçnıy mir” nəşriyyatında çap olunan kitabda yeni efir sürtkü yağlarının sintezi, onların əsasında kompozisiyaların yaradılması və xassələrinin tədqiqinə aid materiallar təhlil olunub.

Kitab sürtkü yağları istehsalı ilə məşğul olan şirkət və müəssisələr, universitetlərin kimya, kimya mühəndisliyi və digər uyğun ixtisaslarda təhsil alan tələbələri üçün dəyərli tədris vəsaitidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: