“Elm və təhsil” nəşriyyatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun yeni biblioqrafiyası çapdan çıxıb.
Kitabda N.Vəzirovun həyat və fəaliyyətinin əsas tarixləri, haqqında elm xadimlərinin fikirləri, nəşr edilmiş felyeton, məqalə və kitabları, oynadığı tamaşalar, ona həsr edilmiş məqalə və kitablar, dissertasiyalar barədə məlumatlar yer alıb.
Tərtibçi və ön sözün müəllifi AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.