Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2017 14:26
  • A-
  • A
  • A+

AMEA-da Milli Qəhrəman Şahlar Şükürovun xatirəsinə həsr olunan tədbir keçirilib

AMEA-da Milli Qəhrəman Şahlar Şükürovun xatirəsinə həsr olunan tədbir keçirilib

Mayın 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu mədəniyyət ocağının və Bakıdakı 39 nömrəli məktəbin təşkilatçılığı ilə Milli Qəhrəman Şahlar Şükürovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Təhsil İdarəsi, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, muzey əməkdaşları, 39 saylı tam orta məktəbin müəllim və şagirdləri, Milli Qəhrəmanın yaxınları və ailə üzvləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, 39 nömrəli məktəbin direktor müavini Könül Rəhimova və digərləri çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Ş.Şükürovun həyatı, keçdiyi şərəfli döyüş yolundan danışıb, onun mənalı ömür yolunun gənclərə layiqli örnək olduğunu bildiriblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan natiqlər düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliklərini vurğulayıblar.

Sonra Ş.Şükürovun ailəsi tərəfindən qəhrəmana məxsus “Qızıl ulduz” medalı muzeyə hədiyyə olunub.

Sonda məktəblilər Vətən, torpaq, qəhrəmanlıq haqqında şeirlər söyləyib, həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: