Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İnteraktiv açıq dərs”də dilimizin ikişaf meyllərindən danışılıb
17.05.2017 14:00
  • A-
  • A
  • A+

“İnteraktiv açıq dərs”də dilimizin ikişaf meyllərindən danışılıb

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “interaktiv açıq dərs” keçirilib.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi Nuray Əliyevanın apardığı açıq dərsdə “Dilimizdə özləşmə meylləri” mövzusundan danışılıb. Qeyd edib ki, Azərbaycan xalqı ölkəmizin coğrafi mövqeyinin təsiri ilə əsrlər boyu fars və fars dilinə qohum dillərdə yaşayan xalqlarla ünsiyyətdə olub, nəticədə bu dildən bir çox söz lüğət tərkibimizə girib: “Ərəb-fars dillərinin təsiri demək olar ki, 1930-cu illərə doğru yavaş-yavaş zəiflədi. 1930-cu ildən sonra bu təsir tamamilə yox oldu və dilimizin zənginləşməsi üçün yeganə mənbə rolunu rus dili oynadı”.

Alimlərimizin dilimizin yad təsirlərinə qarşı mübarizə apardığını deyən N.Əliyeva bildirib ki, müasir Azərbaycan dilinin lüğət tərkibində 60-cı illərdən başlayaraq özləşmə meylləri, yəni alınma sözlərin millisi ilə əvəzlənməsi müşahidə olunur.

Gənc tədqiqatçı sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb.

N.Əliyeva ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə imzaladığı Sərəncamları xatırladıb.

Açıq dərs ümumilikdə muxtar respublikanın 205 məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: